DİL SEÇİMİ
              

SERVİS



Satışsonrası xidmət şöbəsi



“Aqrotextəchizat” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığınız texnikanın keyfiyyətinə "İstehsalçı" tərəfindən 1 il müddətinə və ya 1100 moto/saat (hansı tez bitərsə) zəmanət verilir.

Cəmiyyət “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin rəsmi satış agentidir. Bu səbəbdən zəmanət müddəti ərzində Satışsonrası xidmət şöbəsinin peşəkar və təcrübəli mütəxəssisləri həmin traktorlara servis xidmətləri göstərirlər.

Diqqətinizə çatdırmaq istəyirik ki, texniki xidmət ödənişlidir. Texnikanın problemsiz işləməsi, sıradan çıxmaması üçün, bizim mütəxəssislərimiz tərəfindən vaxtı-vaxtında qulluq olunmalı, "İstehsalçının" qoyduğu tələblər dəqiqliklə yerinə yetirilməlidir.

Əgər texnikada istehsalçı ucbatından hər hansı bir nöqsan olarsa, yalnız o zaman texnikanın təmiri pulsuz həyata keçirilir.

Hər bir alıcıya Servis tərəfindən "ZƏMANƏT TƏLİMATI" təqdim olunur. Həmçinin "Alıcı" ilə "İstehsalçı" arasında "TEXNİKİ XİDMƏT MÜQAVİLƏSİ" bağlanır. Xidmət müqaviləsi imzalanan zaman Sizlərə servislə bağlı ətraflı məlumat verilir və bütün suallarınız cavablandırılır.

Bununla yanaşı, regionlar üzrə "Mobil Servis Qrupları"mız xidmər göstərir ki, bu da öz növbəsində həm operativliyi sürətləndirir, həm də qiymət baxımından olduqca sərfəlidir. Müraciətiniz zamanı sizin əraziyə yaxın olan "Mobil Qrup" texnikanızın qulluğu üçün qısa zaman ərzində özünü Sizə çatdırır. Bununla da məsafə baxımında Sizlər vaxtınıza və pulunuza qənaət etmiş olursunuz.

Əlavə olaraq, sifariş olduğu təqdirdə servisimiz tərəfindən digər texnikalara da (kənd təsərrüfatı, tikinti və s.) servis xidmətləri göstərilir.

Qeyd: Texnikaya vaxtında, düzgün texniki qulluq edilmədikdə yaranacaq hər hansı nasazlığa görə məsuliyyət "Alıcının" üzərində qalır və texnika zəmanətdən çıxarılmış hesab edilir.

Unutmayın ki, texnikaya ilk 30 moto/saatlıq və sonrakı TQ (Texniki qulluq)ların vaxtında və peşəkar mütəxəssislər tərəfindən aparılması Sizi gələcəkdə gözləyəcək böyük xərclərdən xilas edir. Təcrübə göstərir ki, zəmanət müddətində servis mütəxəssislərinin vaxtında müdaxiləsi, zəmanət müddətindən sonra baş verə biləcək problemlərin böyük əksəriyyətinin qarşısını almışdır.