DİL SEÇİMİ
              

HAQQIMIZDA



“Aqrotextəchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyun ayından texnika satışı üzrə fəaliyyətə başlamışdır. Cəmiyyətin tərkibində Satış və marketinq, Satınalmalar, Satışsonrası xidmət, Maliyyə və mühasibat uçotu, Kadr, hüquq və müqavilələr şöbələri fəaliyyət göstərir. Cəmiyyət fəaliyyət göstərdiyi qısa müddət ərzində bir çox fermeri traktorlarla təmin etmişdir.

Cəmiyyət “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin rəsmi satış agentidir. 2006-cı ildə Gəncə Avtomobil Zavodu ilə Minsk traktor və avtomobil zavodları arasında əməkdaşlığa dair razılıq əldə olunmuş və bu razılığa əsasən müəssisələr arasında müqavilə imzalanmışdır. “Belarus” markalı traktorların yığımının təşkili ilə əlaqədar zavodda yerli mütəxəssislər tərəfindən yeni texnoloji xətt quraşdırılmışdır. İlk “Belarus” markalı traktorun yığımı 2007-ci il mart ayının 27-də həyata keçirilmiş və bununla əlaqədar müəssisədə ilk məhsulun “Belarus 80.1” markalı traktorun təqdimat mərasimi keçirilmişdir. Minskdən gələn mütəxəssislər zavodda görülən işləri yüksək qiymətləndirmişlər. Hazırda müəssisədə müxtəlif gücə malik “Belarus 82.1”, “Belarus 1221”, “Belarus 1025”, “Belarus 892”, “Belarus 80X” markalı traktorların yığımı həyata keçirilir.

“Aqrotextəchizat” MMC texnikaların satışı ilə yanaşı, servis xidmətlərinin göstərilməsi ilə də məşğul olur. Belə ki, MMC tərəfindən satılan traktorlara zəmanət verilir və zəmanət müddəti ərzində Satışsonrası xidmət şöbəsinin peşəkar mütəxəssisləri həmin traktorlara servis xidmətləri göstərirlər. Bununla yanaşı, sifariş olduğu təqdirdə Cəmiyyətin mütəxəssisləri tərəfindən digər kənd təsərrüfatı texnikalarına da servis xidmətləri göstərilir.

Həmçinin, “Gəncə Avtomobil Zavodu” İB ilə Finlandiyanın məşhur “Sampo” firması arasında bağlanmış distribütorluq müqaviləsinə əsasən yaxın zamanlarda Cəmiyyət tərəfindən “Sampo” firmasının kombaynlarının da satışı həyata keçiriləcəkdir.



MODELLƏRİMİZ